"Milk-Pro" ləğv olunur

"Milk-Pro" ləğv olunur Azərbaycanın süd məhsulları istehsalçısı "Milk Pro" MMC ləğv olunduğunu elan edib.
Biznes
13 iyun 2025 12:35
Milk-Pro ləğv olunur

Azərbaycanın süd məhsulları istehsalçısı "Milk Pro" MMC ləğv olunduğunu elan edib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Milk-Pro" 2004-cü ildə yaradılıb. 2023-cü ilə qədər İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC şirkətdə 20 % paya malik olub. Kommersiya qurumu dəfələrlə vergi hesabatını və yaxud onu əvəz edən arayışı vaxtında təqdim etmədiyi üçün ona qarşı maliyyə sanksiyası tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi
OSZAR »