İsrail ordusu Beyrut ətrafındakı “Hizbullah” obyektlərinə zərbələr endirdiyini bildirib

İsrail ordusu Beyrut ətrafındakı “Hizbullah” obyektlərinə zərbələr endirdiyini bildirib İsrail hərbçiləri Beyrut ətrafındakı “Hizbullah” təşkilatının obyektlərinə zərbələr endirməyə başlayıb.
Digər ölkələr
6 iyun 2025 01:13
İsrail ordusu Beyrut ətrafındakı “Hizbullah” obyektlərinə zərbələr endirdiyini bildirib

İsrail hərbçiləri Beyrut ətrafındakı “Hizbullah” təşkilatının obyektlərinə zərbələr endirməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

Bəyanata əsasən, zərbələrin hədəfi Dahiyədə – Livan paytaxtının cənubunda “Hizbullah”ın silahlı qanadının 127-ci hərbi-hava bölməsinin obyektləridir.

Bundan bir qədər əvvəl İsrail ordusu hədəflərin yerləşdiyi rayonların sakinlərinə evlərini dərhal tərk etmək tələbi ilə müraciət etmişdi. İsrail sonuncu dəfə Beyrut ətrafına aprel ayının sonunda zərbələr endirib, o vaxtdan bəri yalnız Livanın cənub rayonları atəşə tutulub.

Daha sonra “Al Jazeera” telekanalı İsrailin qırıcı təyyarələr və dronlardan istifadə edərək Beyrut cənub ətrafına 17 zərbə endirdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi
OSZAR »