Cəlilabaddan olan müəllim sertifikasiya imtahanında maksimum bal toplayıb 

Cəlilabaddan olan müəllim sertifikasiya imtahanında maksimum bal toplayıb  Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Rəvan İmanov maksimum nəticə - 60 bal toplayıb.
Elm və təhsil
19 iyun 2025 20:16
Cəlilabaddan olan müəllim sertifikasiya imtahanında maksimum bal toplayıb 

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Rəvan İmanov maksimum nəticə - 60 bal toplayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, o, Cəlilabad şəhəri Şah İsmayıl Xətai adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimidir.

R.İmanov Cəlilabad rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində alıb.

Qeyd edək ki, test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.

Son xəbərlər

Orphus sistemi
OSZAR »