Azərbaycan maliyyə bazarının bəzi iştirakçıları AZİR indeksinə bağlı üzən faizli maliyyə alətləri buraxmaq istəyir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov bildirib.
Onun sözlərinə görə, 1D AZİR indeksindəki qırılmalar maliyyə bazarı üçün ciddi problemdir: "Bu problemi aradan qaldırmaq lazımdır. Odur ki, bəzi bazar iştirakçıları AZİR indeksinə bağlı maliyyə aləti buraxmaq niyyətindədir. Bununla bağlı niyyətini açıq ortaya qoyan iştirakçılar var. Həmin maliyyə qurumları bildirirlər ki, bundan sonra hansısa bir gündə AZİR indeksi formalaşmasa, bu alətin tətbiqində problemlər yarana bilər. Bu səbəbdən biz yeni, beynəlxalq təcrübədə olan metodalogiya tətbiq etməliyik ki, qırılmalar baş verməsin. Yeni metodalogiya hesabına qırılmalarla bağlı 3 ehtiyyat planı işə düşəcək".