ABŞ-nin iri bankları stabilkoin yaratmağı planlaşdırır

ABŞ-nin iri bankları stabilkoin yaratmağı planlaşdırır Amerikanın böyük bankları dolların dəyərinə bağlı rəqəmsal valyuta olan birgə stabilkoin yaratmağı planlaşdırır.
Maliyyə
23 may 2025 08:53
ABŞ-nin iri bankları stabilkoin yaratmağı planlaşdırır

ABŞ-nin iri bankları dolların dəyərinə bağlı rəqəmsal valyuta olan birgə stabilkoin yaratmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Wall Street Journal” məlumat yayıb.

Danışıqlar ilkin mərhələdə olsa da, “JPMorgan Chase”, “Bank of America”, “Citigroup” və “Wells Fargo” kimi böyük banklar öz maraqlarını gizlətmirlər.

Güman edilir ki, stabilkoinin yaradılması onlara maliyyə əməliyyatlarını, o cümlədən beynəlxalq köçürmələri sürətləndirməyə imkan verəcək. Çünki bəzi əməliyyatların bank sistemində emal edilməsi bir neçə gün çəkə bilir.

ABŞ kredit təşkilatları qorxur ki, öz stablecoinlərini yaratmadan, sürətlə inkişaf edən kriptovalyuta bazarında rəqabət qabiliyyəti olmayacaq. Yekun qərar hələ verilməyib.

Qəzet qeyd edib ki, bu, bank müştərilərinin belə valyutaya tələbatının qiymətləndirilməsindən, eləcə də bu sahədə qanunvericilik təşəbbüslərindən asılı olacaq.

Son xəbərlər

Orphus sistemi
OSZAR »