Milli Depozit Mərkəzi auditor seçib

Milli Depozit Mərkəzi auditor seçib Milli Depozit Mərkəzi (MDM) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Maliyyə
6 iyun 2025 16:40
Milli Depozit Mərkəzi auditor seçib

Milli Depozit Mərkəzi (MDM) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.

MDM-in maliyyə hesabatlarının yoxlanılması üçün qalib şirkətə 17,7 min manat ödəniləcək.

Xatırladaq ki, MDM 1997-ci ildə yaradılıb, mərkəzi depozitar olaraq maliyyə bazarlarına nəzarət orqanının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 2,7 milyon manatdır. Mərkəz ölkə ərazisində qiymətli kağızların saxlanılması, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsi ilə məşğuldur.

Son xəbərlər

Orphus sistemi
OSZAR »