Naxçıvanda sığorta yığımları 8 % azalıb

Naxçıvanda sığorta yığımları 8 % azalıb Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 5 sığorta şirkətinin xətti ilə 4,389 milyon manat sığorta haqqı toplanıb.
Maliyyə
6 iyun 2025 16:48
Naxçıvanda sığorta yığımları 8 % azalıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 5 sığorta şirkətinin xətti ilə 4,389 milyon manat sığorta haqqı toplanıb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,1 % azdır.

Hesabat dövründə Naxçıvanda həyata keçirilən sığorta ödənişlərinin həcmi 22,4 % artaraq 360 min manata çatıb.

Təkcə aprel ayında isə muxtar respublikada 821 min manat sığorta haqqı toplanıb, əvəzində 176 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da, illik müqayisədə müvafiq olaraq 19 % az və 57,7 % çoxdur.

Son xəbərlər

Orphus sistemi
OSZAR »