Azərbaycanda doğulan uşaqların cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.
"Report" xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.
Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məlumata əsasən, 2024-cü ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq əvvəlki illə müqayisədə azalıb, 7008-dən 6132-yə düşüb.
Belə ki, 2024-cü ildə 102 min 310 nəfər doğulan körpələrin 54 min 221-i oğlan, 48 min 89-u isə qız uşaqlarıdır. Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 6132 nəfərdir.
Müqayisə üçün vurğulanıb ki, 2023-cü il üzrə 112 min 620 nəfər doğulan körpələrin 59 min 814-ü oğlan, 52 min 806-sı isə qız uşaqlarıdır.