Azərbaycanda keçən il 18 yaşınadək analar 1279 uşaq doğub

Azərbaycanda keçən il 18 yaşınadək analar 1279 uşaq doğub 2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub.
Milli Məclis
21 may 2025 11:02
Azərbaycanda keçən il 18 yaşınadək analar 1279 uşaq doğub

2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub.

"Report" xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. İllik məlumatda qeyd olunub ki, 2023-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 463 nəfər azalaraq 1742-dən 1279-a düşüb.

Qeyd edilib ki, hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi
OSZAR »