MM-in növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək

MM-in növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək MM-in növbədənkənar sessiyası iyunun 3-də keçiriləcək
Milli Məclis
30 may 2025 16:21
MM-in növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək

Milli Məclisin növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək.

"Report"un məlumatına görə, iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib..

Həmin məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş)

2. Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi

3. Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

4. Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

5. “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

6. “Pambıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

7. “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

Son xəbərlər

Orphus sistemi
OSZAR »