Ötən il yetkinlik yaşına çatmayan 185 şəxsin nikahına icazə verilib

Ötən il yetkinlik yaşına çatmayan 185 şəxsin nikahına icazə verilib Azərbaycanda 2024-ci ildə nikah yaşının 1 il azaldılması ilə əlaqədar 185 nikaha icazə verilib.
Milli Məclis
21 may 2025 11:02
Ötən il yetkinlik yaşına çatmayan 185 şəxsin nikahına icazə verilib

2024-cü ildə üzrlü səbəblər müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan 185 şəxsə (2023-cü ildə 249 olub) icra orqanları tərəfindən nikaha icazə verilib.

"Report" xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Statistik rəqəmlər göstərir ki, nikah yaşının 1 il azaldılması ilə bağlı verilən icazələrin sayında 64 (nikah) azalma var.

Son xəbərlər

Orphus sistemi
OSZAR »