Neftçala Sənaye Məhəlləsində istehsal 6 dəfədən çox artıb

Neftçala Sənaye Məhəlləsində istehsal 6 dəfədən çox artıb Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində 17,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqyisədə 6,3 dəfə çoxdur.
Sənaye
3 iyun 2025 11:43
Neftçala Sənaye Məhəlləsində istehsal 6 dəfədən çox artıb

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində 17,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqyisədə 6,3 dəfə çoxdur.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, ərazidə investisiya portfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan 5-i fəaliyyət göstərir.

Sahibkarlar bugünə qədər görülən işlərə 50 milyon manata yaxın investisiya yatırıb, 317 nəfərlik daimi iş yeri yaradıb, 228 milyon manatlıq məhsul satıb, bunun da 1,4 milyon manatlıq hissəsi ixracın payına düşüb.

Son xəbərlər

Orphus sistemi
OSZAR »