Sabah Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödəniləcək

Sabah Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödəniləcək Bakı, Sumqayıt, Abşeron, eləcə də Naxçıvan Muxtar Respublikası üzrə may ayının pensiyalarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub
Sosial müdafiə
4 iyun 2025 17:49
Sabah Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyunun 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən əvvəl ödənilməsini nəzərdə tutub.

"Report" xəbər verir ki, bu barədə fond məlumat yayıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişinin vaxtından əvvəl həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Son xəbərlər

Orphus sistemi
OSZAR »