NATO admiralı: Alyansın Azərbaycanla əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır

NATO admiralı: Alyansın Azərbaycanla əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır NATO və Azərbaycan arasındakı münasibətlər mühüm strateji tərəfdaşlığı təmsil edir.
Xarici siyasət
25 iyun 2025 14:25
NATO admiralı: Alyansın Azərbaycanla əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır

NATO və Azərbaycan arasındakı münasibətlər mühüm strateji tərəfdaşlığı təmsil edir.

“Report”un Avropa bürosunun məlumatına görə, bu barədə NATO admiralı Rob Bauer Alyansın sammiti çərçivəsində azərbaycanlı jurnalistlərə bildirib.

Admiralın sözlərinə görə, Azərbaycan Şimali Atlantika Alyansının 35 rəsmi tərəfdaşından biridir ki, bu da qarşılıqlı əlaqələrin xüsusi xarakterini müəyyən edir.

"NATO və Azərbaycan arasındakı qarşılıqlı əlaqələr Azərbaycan tərəfinin əməkdaşlıq istiqamətləri ilə bağlı konkret sorğularına əsaslanır", - o bildirib.

Bununla yanaşı, qarşılıqlı əlaqələrin spektri NATO və Azərbaycan arasında birbaşa dialoq nəticəsində müəyyən edilir.

"Tərəfdaşlığın mühüm tərkib hissəsi birgə təlimlər və praktiki qarşılıqlı əlaqələrin digər formatlarıdır. Eyni zamanda, əməkdaşlıq NATO tərəfindən göstərişlər prinsipi ilə deyil, Azərbaycanın həm Alyansın ayrı-ayrı üzv ölkələri, həm də bütövlükdə təşkilatla işləmək istədiyi istiqamətlər əsasında qurulur", - o, fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi
OSZAR »